Report Media Məktəbi media sahəsində karyera qurmaq istəyənlər üçün yeni təlim proqramına qeydiyyat elan edir.
2,5 ay davam edəcək təlim proqramı iştirakçılara jurnalistika və media sahəsində zəruri nəzəri və praktiki biliklər qazandırmaq məqsədi daşıyır.
Təlim proqramında nələr öyrədiləcək?
Proqram çərçivəsində iştirakçılar aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər:
- Xəbər yazılması və redaktəsi;
- İnteraktiv media məzmunlarının hazırlanması;
- Məlumat toplama və araşdırma metodları;
- Müsahibənin hazırlanması, götürülməsi və idarə olunması;
- Jurnalist etikası və hüquqları;
- Sosial mediada effektiv strategiyaların hazırlanması.
Təlim proqramında II, III və IV kurs tələbələrinə, universiteti yeni bitirmiş şəxslərə, media sahəsinə marağı olan namizədlərə, həmçinin, kompüter və xarici dil biliyinə malik şəxslərə üstünlük veriləcək.
Qeyd edək ki, Report Media Məktəbi Global Media Group-un Media Akademiyası layihəsinin tərkib hissəsidir. Məktəbin məzunları arasında hazırda Azərbaycanın bir sıra aparıcı KİV-lərində çalışan şəxslər də var.
Son qeydiyyat tarixi: 25 oktyabr 2026-cı il
Müraciət etmək istəyən namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Report Media Məktəbi” qeyd etməklə media.academy@gmg.az ünvanına göndərə bilərlər.