Əvvələ

Global Media Group Bakı Dayanıqlı Biznes Assambleyasında iştirak edib

Sentyabr 09, 2026
Əvvələ
Global Media Group Bakı Dayanıqlı Biznes Assambleyasında iştirak edib

Global Media Group 9 sentyabr 2026-cı il tarixində Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) çərçivəsində keçirilən Bakı Dayanıqlı Biznes Assambleyasında (Baku Sustainable Business Assembly) iştirak edib.

Özəl sektor, dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən sessiyada iqlim fəaliyyətinin biznes üçün yaratdığı imkanlar, dayanıqlı maliyyələşmə, kiçik və orta bizneslərin (KOB) prosesə cəlb edilməsi, miqyaslana bilən həllər və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş çərçivəsində səsləndirilən fikir və təşəbbüslər özəl sektorun dayanıqlı inkişaf və iqlim gündəliyinin həyata keçirilməsində rolunun gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, Global Media Group media şirkətlər qrupu 2024-cü ildən BMT-nin Qlobal Sazişinin üzvüdür.

Digər məqalələr