Global Media Group-un rəsmi açıqlaması
Sosial şəbəkələrdə “Global Media Group”un əməkdaşı jurnalist Kubra Məhərrəmovaya aid olduğu iddia edilən foto və videogörüntülərlə bağlı yaranmış müzakirələrə aydınlıq gətiririk.
Bildiririk ki, sözügedən ideya “Baku TV/Ru” üçün süni intellekt mövzusunda hazırlanmış müsahibə zamanı yaranmış və sonradan sosial eksperiment formatında reallaşdırılmışdır.
Müsahibə zamanı “deepfake” texnologiyalarının yaratdığı real risklər müzakirə edilərkən, mövzunun cəmiyyət üçün nə dərəcədə təhlükəli ola biləcəyini praktik nümunə ilə göstərmək məqsədilə bu eksperimentin aparılmasına qərar verilib. Eksperimentin məqsədi konkret bir şəxsi hədəfə almaq deyil, cəmiyyətə vacib bir mesaj çatdırmaqdır: müasir dövrdə hər bir insan - istər adi vətəndaş, istərsə də tanınmış şəxs -“deepfake” texnologiyalarının qurbanına çevrilə bilər. Eyni zamanda, sosial şəbəkələrdə və bəzən media platformalarında yayılan hər görüntü reallığı əks etdirməyə bilər.
“Global Media Group” media savadlılığının artırılmasını, süni intellektin etik istifadəsini və əməkdaşlarının nüfuzunun qorunmasını prioritet hesab edir.
Sözügedən müsahibəyə klik edərək baxa bilərsiniz.