Media Akademiya

“Global Media Group” tərkibində yaradılmış “Media Akademiya” media sahəsində peşəkar kadrların hazırlanmasını hədəfləyən ixtisaslaşmış tədris platformasıdır. Akademiyanın əsas məqsədi gəncləri və karyerasını media sahəsində qurmaq istəyən şəxsləri müasir medianın tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir və fəaliyyətini üç əsas məktəb üzərindən həyata keçirir:


-    Baku TV Rəqəmsal Media Məktəbi

Video çəkiliş, montaj, aparıcılıq və sosial media sahələrində nəzəri və praktiki bacarıqların inkişafı üçün nəzərdə tutulmuş təlim proqramı;


-    Report Media Məktəbi

Xəbər istehsalı, araşdırma jurnalistikası, müsahibə texnikası və sosial media strategiyası üzrə ixtisaslaşmış peşəkar jurnalistika təlimləri;


-    Peşəkar Media Məktəbi 
Xəbər istehsalı, süni intellekt və SEO, fotojurnalistika, ictimaiyyətlə əlaqələr və kommunikasiya, sosial bacarıqlar, mediada SMM üzrə peşəkar təlimlər.

Hər bir məktəb tələbələrə peşəkar mütəxəssislərlə birbaşa təcrübə və məzun olduqdan sonra işə qəbul imkanı yaradır.

►Təcrübə imkanları: [email protected] 

Peşəkar Media Məktəbi

Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli, 3-4-cü kurs tələbələrini Peşəkar Media Məktəbi sosial layihəsinə qoşulmağa dəvət edirik. 4 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunacaqdır. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Global Media Group-a daxil olan qurumlarda işlə təmin olunma şansını əldə edə bilərlər.

Təlimlər əsasən aşağıdakı istiqamətlərdə aparılacaq:
1. Jurnalistikanın əsasları
2. Xəbərin axtarışı, hazırlanması, xəbər yükünün təyin edilməsi
3. Xəbərin yalan və ya doğru olmasının aşkarlanması
4. Dezinformasiyaya qarşı mübarizə
5. Mediada informasiya texnologiyaları bacarıqları
6. Sosial bacarıqların inkişafı
7. İctimaiyyətlə əlaqələr
8. Mediada SMM
9. Fotojurnalistika

Winter Park Plaza
Azərbaycan və rus dillərində
10 nəfərədək
2 ay (1 ay praktika)
98 saat
1
Jurnalistikanın əsasları
14 saat saat
2
Xəbərin axtarışı, hazırlanması, xəbər yükünün təyin edilməsi
18 saat saat
3
Xəbərin yalan və ya doğru olmasının aşkarlanması
14 saat saat
4
Dezinformasiyaya qarşı mübarizə
10 saat saat
5
Mediada informasiya texnologiyaları bacarıqları
4 saat saat
6
Yumşaq bacarıqlar
12 saat saat
7
İctimaiyyətlə əlaqələr
10 saat saat
8
Mediada SMM
2 saat saat
9
Sosial Media strategiyasının əsasları
4 saat saat
10
Fotojurnalistika
10 saat saat
Cəmilə Ələkbərova
Jurnalistika üzrə təlimçi
Cəmilə Ələkbərova
15 ildən artıq media təcrübəsinə malik, Media.az informasiya portalının direktoru və baş redaktorudur. O, jurnalistika sahəsində müxtəlif media orqanlarında siyasi şərhçi və redaktor kimi çalışmış, 2020-ci ildə Prezidentin Fəxri Diplomu ilə təltif olunmuşdur.
Emin Qasımov
AI və SEO üzrə təlimçi
Emin Qasımov
Emin Qasımov süni intellekt və axtarış sisteminin optimallaşdırılması (SEO) üzrə ixtisaslaşmışdır. O, medianın effektivliyini artırmaq üçün qabaqcıl rəqəmsal alətlərin və strategiyaların tətbiqi üzrə təlimlər verir.
Vüsal Bəkirov
PR üzrə təlimçi
Vüsal Bəkirov
Təlim, ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlərin təşkili sahəsində 15 illik iş təcrübəsinə malikdir. Professional təlimçi kimi yerli və xarici auditoriyalara müxtəlif mövzularda 400-dən çox təlimlər təşkil edib.
Laura Seyidbəyova
Marketinq üzrə təlimçi
Laura Seyidbəyova
20 ildən çoxdur, böyük şirkətlərdə marketinq və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərir. Hal-hazırda Global Media Group-a daxil olan Global Management şirkətində Marketinq direktoru vəzifəsində çalışır.
İsmayıl Rafiqoğlu
Təlimçi
İsmayıl Rafiqoğlu
20 ildən çoxdur, media sahəsində çalışır. Müxtəlif qazetlərdə və xəbər saytlarında jurnalist, redaktor, baş redaktor, layihə rəhbəri, kontent menecer, tərcüməçi kimi çalışmışdır.
Ramil Zeynalov
Fotojurnalistika üzrə təlimçi
Ramil Zeynalov
"PhotoStock" fotoportalının təsisçisi

Report Media Məktəbi

Media sahəsində karyera qurmaq istəyənlər Report İnformasiya Agentliyinin təşkil etdiyi “Media Məktəbi”nə müraciət edə bilərlər. 

2.5 ay davam edən təlimin məzmununa nələr daxildir?
- Xəbər yazma və redaktə etmə;
- İnteraktiv media məzmunlarının yaradılması;
- Məlumat toplama və araşdırma metodları;
- Müsahibə götürmək və idarə etmək;
- Jurnalist etikası və hüquqları;
- Sosial mediada uğurlu strategiyalar

Qeyd edək ki, Report Media Məktəbini bitirən məzunlar artıq ölkənin bir sıra aparıcı KİV-lərində uğurla çalışırlar.

AF Business House
Azərbaycan və rus dillərində
12 nəfərədək
2.5 ay
137 saat
1
Report İnformasiya Agentliyinin fəaliyyəti və standartları
10 saat saat
2
Xəbər yazmaq, məqalə yazmaq, reportaj və redaktə etmə bacarıqları
45 saat saat
3
İnteraktiv media məzmunlarının yaradılması
30 saat saat
4
Məlumat toplama, mənbələri doğrulama və dərin araşdırma metodları
30 saat saat
5
Müsahibə götürmək, suallar hazırlamaq və müsahibəni idarə etmək
10 saat saat
6
Jurnalistlərin hüquqları, məsuliyyətləri və etik qaydaları haqqında müzakirə
2 saat saat
7
Sosial mediada müvəffəqiyyətli strategiyalar və ictimaiyyətlə əlaqələr
10 saat saat
Kənan Həsənov
Xəbərlərin yazılması üzrə təlimçi
Kənan Həsənov
20 ildən çoxdur, media sahəsində, müxtəlif idman qazetlərində, saytlarda idman rubrikası üzrə müxbir və redaktor vəzifəsində çalışmışdır. Hal-hazırda Report İA-da redaktor vəzifəsində çalışır.
Cavid Osmanov
Multimedia üzrə təlimçi
Cavid Osmanov
10 ildən çoxdur, media sahəsində fəaliyyət göstərir. Trend İA, Media.az, Auto FM-də aparıcı, müxbir kimi çalışmışdır. Hal-hazırda Report İA-da multimedia üzrə baş redaktorun müavini vəzifəsində çalışır.
Elgün Mənsimov
Xəbərlərin yazılması üzrə təlimçi
Elgün Mənsimov
10 ildən çoxdur, media sahəsində müxbir, şöbə müdiri, müdir müavini, redaktor vəzifəsində çalışmışdır. Hal- hazırda Report İA-da redaktor vəzifəsində çalışır.
Emil Quliyev
Xəbərlərin yazılması üzrə təlimçi
Emil Quliyev
20 ildən çoxdur, media sahəsində müxbir, şöbə müdiri, redaktor, direktor, baş redaktor kimi çalışıb. Hal-hazırda Report İA-da redaksiya rəhbəri vəzifəsində çalışır.
İsmayıl Rafiqoğlu
Təlimçi
İsmayıl Rafiqoğlu
20 ildən çoxdur, media sahəsində çalışır. Müxtəlif qazetlərdə və xəbər saytlarında jurnalist, redaktor, baş redaktor, layihə rəhbəri, kontent menecer, tərcüməçi kimi çalışmışdır.

Baku TV Rəqəmsal Media Məktəbi

Baku TV “Rəqəmsal Media Məktəbi” korporativ sosial layihəsi
 
3 ay davam edən nəzəri və praktiki təlimlər tam ödənişsizdir və təlimin sonunda hər kəs sertifikatla təltif olunur. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Baku TV-də işlə təmin olunmaq şansını əldə edə bilirlər.
 
Təlimlər əsasən 3 istiqamətdə aparılır:
1. Jurnalistika peşə təlimləri – reportyorluq, redaktorluq, aparıcılıq kimi sahələrə aid nəzəri və praktiki dərslər.
2. Sosial media marketinq təlimləri – iştirakçıların müxtəlif internet platformalarında sərbəst işləməsi üçün zəruri biliklər.
3. Texniki təlimlər – foto və video çəkilişi, audio və video montajın əsasları və incəlikləri.

Winter Park Plaza
Azərbaycan və rus dillərində
12 nəfərədək
3 ay (əlavə 1 ay praktika)
97 saat
1
Baku TV-nin fəaliyyəti və standartları
1 saat saat
2
Televiziyanın əsas iş prinsipi
1 saat saat
3
Diksiya
12 saat saat
4
SMM
12 saat saat
5
Ekstremal jurnalistika
3 saat saat
6
Ünsiyyət növləri və üsulları. Emosional intellekt
12 saat saat
7
Media qanunvericiliyi və peşə etikası
6 saat saat
8
Siyasi proseslər və geopolitik tendensiyalar
12 saat saat
9
Aparıcı kamera qarşısında. Müasir spikerlik sənəti
12 saat saat
10
PR və kommunikasiya
12 saat saat
11
Tele-jurnalistika
12 saat saat
12
Video-montajın əsas iş prinsipi
1 saat saat
13
Video-operatorun əsas iş prinsipi
1 saat saat
Vilayət Babayev
Video-montajın əsasları üzrə təlimçi
Vilayət Babayev
10 ildən çoxdur, yerli telekanalarda video montajçı kimi çalışır.
Gülnar Muradova
Diksiya üzrə təlimçi
Gülnar Muradova
20 ildən çoxdur, tele- aparıcı kimi fəaliyyət göstərir. Hal-hazırda onun səsini Baku TV-nin rəsmi səslərindən biri adlandırmaq olar.
Jalə Ədilova
Müasir spikerlik sənəti üzrə təlimçi
Jalə Ədilova
10 ilə yaxındır, media sahəsində fəaliyyət göstərir. Xüsusi müxbir, analitika mütəxəssisi, aparıcı kimi təcrübəsi var.
Vüqar Məmmədov
Video-operatorun əsasları üzrə təlimçi
Vüqar Məmmədov
20 ildən çoxdur, media sahəsində çalışır. Operator, baş operator kimi çalışmış, hal-hazırda departament rəhbəri kimi fəaliyyət göstərir.
Fərdin İsazadə
Ekstremal jurnalistika üzrə təlimçi
Fərdin İsazadə
20 ildən çoxdur, media sahəsində fəaliyyət göstərir. İkinci Qarabağ müharibəsi zamanı Global Media Group üçün ən dəqiq məlumatları müharibə zonasından təqdim edirdi.
Mehman Babayev
SMM üzrə təlimçi
Mehman Babayev
5 ildən çoxdur, SMM olaraq fəaliyyət göstərir.
Aydın Mehdiyev
Televiziya əsasları üzrə təlimçi
Aydın Mehdiyev
30 ildən çoxdur, rejissor kimi fəaliyyət göstərir. Lider TV, Müdafiə Nazirliyi, AZTV və s. kimi yerlərdə öz töhfəsini vermişdir. Hal-hazırda Baku TV-nin baş rejissorudur.

Məzunlar

Müraciət et