Global Media Group “Emosional zəka ilə idarəetmə” mövzusunda təlim təşkil edib
“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları üçün 3 dekabr 2024-cü il tarixində “Emosional zəka ilə idarəetmə” mövzusunda təlim keçirilib.
İki gün davam edən proqram çərçivəsində təlimçi Gülzar Quliyeva idarəetmədə emosional zəkanın rolu, özünüdərk bacarıqları, effektiv ünsiyyət, qərarvermə prosesləri və etimad mühitinin formalaşdırılması ilə bağlı mövzular üzrə təqdimat edib və praktiki müzakirələr aparıb.
Təlim əməkdaşların peşəkar və şəxsi inkişafının dəstəklənməsi məqsədilə təşkil olunub.