Əvvələ

Global Media Group-a daxil olan media resursların nümayəndələri “Tərəqqi” medalı ilə təltif ediliblər

Iyul 21, 2025
Əvvələ
Global Media Group-a daxil olan media resursların nümayəndələri “Tərəqqi” medalı ilə təltif ediliblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, milli mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə “Global Media Group” və onun tərkibində fəaliyyət göstərən media qurumlarının nümayəndələri yüksək dövlət təltiflərinə layiq görülüblər.
 
“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Əliəkbər oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib.
 
Eyni zamanda:
• Ramin Natiq oğlu Cəfərov – “Baku TV”nin direktoru
• Azadə Nərman qızı Balayeva – “Baku TV”nin məsul redaktoru
• Samir Fəzail oğlu İbrahimov – “Baku TV”nin Qərbi Azərbaycan Departamentinin rəhbəri
• İlahə Firdovsi qızı Məmmədli – “Report” İnformasiya Agentliyinin baş redaktor müavini
• Emil Akif oğlu Quliyev – “Report” İnformasiya Agentliyinin baş redaktor müavini
• Kəmalə Paşa qızı Mustafayeva – “Report” İnformasiya Agentliyinin Avropa bürosunun rəhbəri
• Ülviyyə Malik qızı Gülməmmədova – “Oxu.Az” saytının baş redaktor müavini
• Timur Əhməd oğlu Hüseynov – “Caliber.az” xəbər portalının baş redaktoru
• Cəmil Həsənağa oğlu Bayramov – “Caliber.az” xəbər portalının baş redaktor müavini
 
Bundan əlavə, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Polad oğlu Hüseynəliyev “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

 

Digər məqalələr