Global Media Group “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransın media tərəfdaşıdır
“Global Media Group” 16–17 iyul tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusar şəhərində “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransın media tərəfdaşıdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, media nümayəndələri, ilahiyyatçılar və din xadimləri iştirak ediblər.
Konfrans çərçivəsində dini mövzuların mediada peşəkar və məsuliyyətli təqdimatı, dini maarifləndirmədə mətbuatın rolu, radikalizm, ekstremizm və dözümsüzlük kimi mənfi təzahürlərə qarşı informasiya mübarizəsi istiqamətində medianın üzərinə düşən vəzifələr müzakirə olunub. Həmçinin, proqram çərçivəsində bölgədə yerləşən dini ibadətgahlara media-tur da təşkil edilib.