Əvvələ

Haber Global beş mükafata layiq görülüb

Noyabr 21, 2025
Əvvələ
Haber Global beş mükafata layiq görülüb

“Global Media Group”a daxil olan “Haber Global” televiziya kanalı 2025-ci ilin 21 noyabr tarixində Ankarada keçirilən və “Kameranın şahidliyində Qəzza” mövzusuna həsr olunan 28-ci “Zoom” Beynəlxalq Xəbər Müsabiqəsində beş fərqli kateqoriya üzrə mükafata layiq görülüb.
Telekanal Suriyada 8 dekabr 2024-cü il tarixində baş vermiş hadisələrlə bağlı yayımları ilə fərqlənərək dron və canlı yayım kateqoriyalarında mükafatlar qazanıb.
“Haber Global”ın kəşfiyyat rəisi Mücahit Topçu və operator Serdar Altıntepe Suriyada baş verən hadisələrlə bağlı hazırladıqları materiala görə dron kateqoriyasında təltif olunublar.
Eyni zamanda, telekanalın müxbiri Mehmet Altunışık və operator Çağrı Çalışkan illər sonra evlərinə qayıdan suriyalılarla bağlı “Evə qayıdış” adlı yayımına görə canlı yayım kateqoriyasında mükafatlandırılıblar.
Bundan əlavə, “Haber Global”ın müxbiri Yunus Emre Şahbenderoğlu “Əməvi məscidində ilk namaz” adlı materialına görə xüsusi mükafata layiq görülüb.

Digər məqalələr